8 avqust 2026. Şənbə

10 klub ideal, 12 klub risklidir - Elxan Məmmədov


10 klub ideal, 12 klub risklidir - Elxan Məmmədov

"AFFA-nın ümumi strategiyası var. Hər zaman məqsədimiz Premyer Liqada minimum 10 komandanın iştirak etməsidir".

Corner.az-ın məlumatına görə, bunu milli assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib. O bildirib ki, komanda sayı cari mövsümdə 10-a çatdırmalı idi. Lakin pandemiya və sponsorlarla bağlı problem yarandığı üçün məsələnin həlli uzanıb: "Bu məsələ martda yenidən müzakirə olunacaq".

E.Məmmədovun sözlərinə görə, bölgə komandalarının azlığı futbol ictimaiyyətində tez-tez müzakirə olunur. AFFA rəsmisi yerli icra hakimiyyətlərindən dəstək gözlədiklərini söyləyib: "Demirəm ki, AFFA olaraq hər şeyi mükəmməl edirik. Amma hər bir addımın öz səbəbi olur. Biz ona görə bölgə klublarını maliyyələşdiririk ki, hansısa iş adamı futbola gəlsə, ona hazır məhsul təqdim edək. Bölgələrdə peşəkar futbolun yaşaması bizim üçün vacibdir. Bəlkə sabah hansısa İcra Hakimiyyəti bu işi öz üzərinə götürəcək. Ümid edirik ki, gələcəkdə iş adamları bu işdə öz dəstəyini göstərəcək. Biz onlardan bu addımı gözləyirik. Bölgələrdəki böyük müəssisələri ilə əlaqə saxlayır, onları klubla bağlı məlumatlandırırıq".

İcraçı vitse-prezident Premyer Liqada klub sayının 12-yə çatdırılmasını riskli hesab edib: "Bəzən mətbuatda yazırlar ki, AFFA filan klubları Premyer Liqaya buraxmır. Bu, belə deyil. İstəyirik ki, keyfiyyət balansı pozulmasın. Azərbaycan çempionatı üçün 10 klub idealdır, 12 klub isə riskdir. Klubun ənənəsi olmalıdır".







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı