5 noyabr 2026. Cümə axşamı

Sabah legionerini göndərdi


Sabah legionerini göndərdi

"Sabah” Nikola Vuyadinoviçlə yollarını ayırıb.

Corner.az klubun saytına istinadən xəbər verir ki, serbiyalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Nikola 2020-ci ilin yayından komandada çıxış edirdi. Klub futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.







Misli Premyer liqa