18 mart 2026. Çərşənbə

Bunu heç vaxt unutmayacağam - Gerye


Bunu heç vaxt unutmayacağam - Gerye

"Bu kluba və şəhərə minnətdaram. Sevgi və xoş münasibət üçün hamıya təşəkkür edirəm. Ancaq inanıram ki, həyatımda yeni mərhələ açmağın vaxtı gəlib".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ" ilə yollarını ayıran futbolçu Donald Gerye şəxsi İnstaqram hesabında yazıb.

32 yaşlı haitili cinah oyunçusu Ağdam təmsilçisindən ayrılması üçün kluba müraciət etdiyini bildirib: "Hər kəsdən, xüsusən də azarkeşlərdən xahiş edirəm ki, məni başa düşsünlər. Onlar bu illər ərzində möhtəşəm idilər. Bu klubdakı illərim misilsiz oldu. "Qarabağ" çox yüksək hədəflərə sahibdir, bu səbəbdən mənim üçün həyacanverici, düşüncəli, eyni zamanda çətin dövr oldu. Amma çox yaxşı bilirəm ki, burada futboldan bənzərsiz şəkildə zövq aldım. Bunu heç vaxt unutmayacağam. Azarkeşlərimizə və AFFA-ya sonsuz təşəkkür edirəm. Bu həyacanlı illər ərzində qarşımda böyük futbolçular var idi. Hamısına minnətdaram".

Gerye "Qarabağ"dan ayrılmaq haqqında çox düşündüyünü vurğulayıb: "Düşünürəm ki, artıq karyeramda yenilik etməyin vaxtı çatıb. Gedirəm, amma bu forma mənə həmişə "Qarabağ"la birlikdə olduğumu hiss etdirəcək. Kluba, prezidentə, baş məşqçiyə, komanda yoldaşlarıma və yorulmadan çalışan bütün işçilərə təşəkkür edirəm. Çox sağ olun".

Qeyd edək ki, Donald Gerye qış fasiləsində Azərbaycanı tərk edib və komandanın düşərgəsinə gec qoşulub. O, bu səbəbdən əvəzedici heyətə göndərilib və 20 min ABŞ dolları məbləğində cərimə olunmuşdu. Gerye 2017-2019-cu illərdə də "Qarabağ"da çıxış edib.Gerye  karyerasını Kiprin "Apollon" klubunda davam etdirəcək.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi