23 iyun 2026. Çərşənbə axşamı

Kamran Ağayev 673 gün sonra yaşıl meydanda


Kamran Ağayev 673 gün sonra yaşıl meydanda
Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev uzun fasilədən sonra rəsmi matça çıxıb.
 
Corner.az xəbər verir ki, hazırda "Səbail"in formasını geyinən 35 yaşlı futbolçu bu gün ölkə kubokunun 1/4 final mərhələsinin ilk görüşündə "Sumqayıt"a qarşı oyunda iştirak edib.
 
Komandanın baş məşqçisi Aftandil Hacıyev təcrübəli qolkiperə start heyətində yer verib. 
 
Qeyd edək ki, Kamran Ağayev "Səbail"ə 2020-ci ilin avqustunda keçib. Onun klubla sözləşməsi mövsümün sonunda başa çatacaq. Ağayev son rəsmi oyununu 2019-cu ilin martında "Keşlə"nin heyətində "Neftçi"yə qarşı keçirib. O, görüşün 30-cu dəqiqəsində zədələnərək meydanı tərk edib və uzun müddət futbolsuz qalıb. Bir sözlə, Ağayev 673 gündən sonra yaşıl meydanlara dönüb.






Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı