25 oktyabr 2024. Cümə

Emreli Reynaldonu geridə qoyaraq tarixə düşdü


Emreli Reynaldonu geridə qoyaraq tarixə düşdü

“Qarabağ” klubunun tarixinin ən yaxşı bombardirləri siyahısında dəyişiklik olub.

Corner.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə ilk oyununda (3:1) dubla imza atan Mahir Emreli indiki komandasının heyətində vurduğu qolların sayını 63-ə çatdırıb.

24 yaşlı hücumçu buna 2015-ci ilin yayından şərəfini qoruduğu “Qarabağ”dakı 183-cü matçında nail olub. Onun orta məhsuldarlığı 0,34-ə bərabərdir. Forvard Premyer Liqada 51, ölkə kubokunda 7, avrokuboklarda 5 dəfə rəqib qapısına yol tapıb.

Emreli “Qarabağ”dakı qol sayını 63-ə çatdırmaqla klub tarixinin 2-ci ən yaxşı bombardiri olub. O, “Qəbələ” ilə görüşdəki qollarla braziliyalı Reynaldo Silvanı arxada qoyub. Cənubi amerikalının hesabında 62 top var.

Qeyd edək ki, “Qarabağ”ın tarixinin ən yaxşı bombardiri Müşfiq Hüseynovdur. O, 159 qol vurub.







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir