25 oktyabr 2024. Cümə

Kamran Əliyev doğru olanı seçəcək - Ramil Şeydayev


Kamran Əliyev doğru olanı seçəcək - Ramil Şeydayev

Azərbaycan yığmasının futbolçusu Ramil Şeydayev Ukraynanın "Minay" klubunda çıxış edən Anatoli Nuriyev və Rusiya "Ximki"də oynayan Kamran Əliyevin milliləşdirilmə məsələsinə münasibət bildirib.

Corner.az xəbər verir ki, 25 yaşlı hücumçu həmin oyunçuları şəxsən tanımadığını bildirib.

Şeydayevin sözlərinə görə, Nuriyev və Əliyev Azərbaycan yığmasını seçsələr, hamı bundan yalnız məmnun olacaq: "Onların heç biri ilə tanışlığım yoxdur. Oyunlarını da məxsusi olaraq görməmişəm. Amma millidə rəqabət nə qədər çox olarsa, bir o qədər yaxşıdır".

Əliyev təklifi qəbul edərsə, Rusiya Premyer Liqasında legioner statusu ilə oynamalı olacaq. Şeydayev bu amilin "Ximki"nin futbolçusuna problem yaradacağını istisna etməyib: "Onun Rusiya çempionatında legioner sayılması bir az problem ola bilər. Amma bunu özü həll etməlidir. Kamrana seçimi ilə bağlı hər hansı məsləhət vermək istəmirəm. Özü doğru yolu seçəcək".

Qeyd edək ki, Ramil Şeydayev Rusiyanın aşağı yaş qruplarından ibarət milli komandalarının formasını geyinib. O, 2016-cı ildən Azərbaycanın əsas yığmasında oynayır.(report)







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir