25 oktyabr 2024. Cümə

İstənilən komanda bizi cəzalandıra bilər - Xayme Romero


İstənilən komanda bizi cəzalandıra bilər - Xayme Romero

"Qəbələ" ilə ilk matçımız çətin oldu. Rəqibin bizə qarşı yaxşı müqavimət göstərəcəyini bilirdik".

Corner.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Xayme Romero "Qəbələ"yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

31 yaşlı yarımmüdafiəçi həmin görüşdə yaxşı çıxış etdiklərini vurğulayıb: "Son dəqiqələrdə buraxdığımız qol mərhələni keçmək üçün bizə çətinlik yarada bilər. Ümid edirəm ki, yarımfinala vəsiqə qazanacağıq".

İspaniyalı oyunçu birinci oyundakı hesaba baxmayaraq rəqibin də şanslarının olduğunu söyləyib: "Hazırkı dönəmdə futbol sürprizlərlə doludur və gözlənilməz nəticələr qeydə alınır. Diqqətli, konsentrasiyalı olmasaq istənilən komanda bizi təəccübləndirə və cəzalandıra bilər. "Qəbələ" haqqında da eyni sözləri demək olar. Nəzərə alaq ki, rəqibimiz yaxşı futbol sərgiləyir və kifayət qədər təcrübəli oyunçuları var. Biz də diqqətli olmasaq, işimizi çətinə sala bilərik. Hələ heç nə həll edilməyib".

Romero Premyer Liqadakı digər komandalarla aralarında səviyyə fərqinin olması ilə razılaşmayıb: "Rəqiblərimiz yaxşı mübarizə aparırlar və onların da keyfiyyətli futbolçuları var. Bəlkə də hesab aldadıcı ola bilər. Kənardan baxanda da elə təəssürat yarana bilər ki, "Qarabağ" asanlıqla qələbə qazanır. Amma heç də belə deyil. Qələbələr asan başa gəlmir".

Təcrübəli oyunçu məşqlərə həvəssiz yanaşması ilə bağlı iddialara bu cür cavab verib: "Bunların hamısı yalnışdır. Baş məşqçimiz də bu məsələ haqqında açıqlama verib. Deyilənlər həqiqəti əks etdirmir".

Futbolçu son olaraq "Qarabağ"dakı gələcək taleyi ilə bağlı bunları deyib: "Müqaviləm 2022-ci ilin yayında başa çatacaq. Sözləşmənin bitməsinə bir ildən çox müddət var. Hazırda nəsə demək mənim üçün çətindir. "Qarabağ" klubunda hər şeydən razıyam və burada olmaqdan məmnunam. Növbəti ildə bu barədə nəsə danışa bilərik".

Qeyd edək ki, bu gün keçiriləcək "Qəbələ" - "Qarabağ" matçı saat 15:00-da başlayacaq.(report)







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir