5 may 2026. Çərşənbə axşamı

Qarabağ və Sumqayıt yarımfinalda


Qarabağ və Sumqayıt yarımfinalda
 Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.
 
Corner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
 
“Qəbələ” öz meydanında son ölkə çempionu “Qarabağ”ı qəbul edib. İlk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanmışdı. Meydan sahiblərinə mərhələ adlamaq üçün minimum 2 cavabsız qolla qələbə qazanmaq lazım idi. Amma səfərdə də  Qurban Qurbanovun yetirmələri sürprizə imkan verməyiblər.
 
Günün digər matçı “Səbail” “Sumqayıt”la qarşılaşıb. Səfərdə rəqibini minimal hesabla məğlub edən paytaxt klubuna cavab görüşündə heç-heçə də kifayət edirdi. Lakin Sumqayıt təmsilçisi səfərdə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
 
Bunula da, "Qarabağ" finala vəsiqə uğrunda "Sumqayıt"la mübarizə aparacaq.
 
Qeyd edək ki, ilk oyunda “Qarabağ” evdə “Qəbələ”ni 3:1, “Səbail” isə səfərdə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. Bu mərhələnin digər matçlarında “Keşlə” “Kəpəz”in, “Neftçi” “Zirə”nin qonağı olacaq. Hər iki qarşılaşma fevralın 7-də baş tutacaq.
 
Azərbaycan kuboku
Yarımfinalın cavab oyunları
6 fevral
 
“Qəbələ” – “Qarabağ” 0:3
Qol: M.Medvedev, 6. P.Andrade, 45+4-pen; 48.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov.
Qəbələ şəhər stadionu, 15:00.

“Səbail” – “Sumqayıt” 1:2
Qol: Ə.İsmayılov, 90+6-pen - R.Sadıxov, 20-pen. Ə.Qurbani, 23.
Hakimlər: Orxan Məmmədov, Cavanşir Yusifov, Vüqar Bayramov, Nicat İsmayıllı.
Bakı. “ASCO Arena”.
 







Misli Premyer liqa

“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi