8 avqust 2026. Şənbə

Keşlə və Zirə yarımfinalda


Keşlə və Zirə yarımfinalda

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Corner.az xəbər verir ki, "Kəpəz” öz meydanında “Keşlə” ilə qarşılaşıb. Bakıda baş tutan ilk matçda 0:1 hesabı ilə uduzmuş gəncəlilər bu məğlubiyyətin əvəzini çıxmaq istəsələr də bu alınmayıb. Əksinə, paytaxt təmsilçisi səfərdə inamlı qələbə qazanaraq yarımfinala yüksəlib.

Mərhələnin son görüşü “Zirə” ilə “Neftçi” arasında baş tutub. İlk matçda rəqibinə minimal hesabla uduzan “ağ-qaralar”ın dönüş edib-edə bilməyəcəyi maraqlı gözlənilirdi. Bu dəfə qapılara qol vurulmayıb. Nəticədə, sonuncu yarımfinala yüksələn "Zirə" olub.

Xatırladaq ki, ilk oyun günündə "Qarabağ" "Qəbələ"ni 3:0, "Sumqayıt" isə "Səbail"i 2:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanmışdı. 

Beləliklə, yarımfinalda "Qarabağ" "Sumqayıt"la, "Keşlə" isə "Zirə" ilə üz-üzə gələcək.

Azərbaycan Kuboku
1/4 finalın cavab oyunları

7 fevral

“Кəpəz” – “Keşlə” 0:2
Qol: R.Hacıyev, 58. A.Abanq, 90.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Kamal Umudlu.
Gəncə şəhər stadionu.
İlk oyun – 0:1.

“Zirə” – “Neftçi” 0:0
Hakimlər: İnqilab Məmmədov, Eyyub İbrahimov, Nahid Əliyev, Kamranbəy Rəhimov.
Zirə İdman Kompleksinin stadionu.
İlk oyun – 1:0.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı