18 mart 2026. Çərşənbə

Hər an FIFA-ya müraciət edə bilərdim - Gerye


Hər an FIFA-ya müraciət edə bilərdim - Gerye

"Komandadan ayrılmağıma peşman deyiləm. Çünki mənim səhvim yox idi. Günahım olsaydı, hardasa sizinlə razılaşardım".

Corner.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın sabiq futbolçusu Donald Gerye Ağdam klubundan gedişi barədə danışarkən deyib.

"Apollon" ilə 1,5 illik müqavilə bağlayan haitili yarımmüdafiəçi Azərbaycan çempionu ilə vidalaşmasına təəssüflənmədiyini bildirib: "Klub məni böyük məbləğdə cərimələmək istəyirdi. Halbuki günahım yox idi, uçuşuma icazə verilməmişdi. Nyu-Yorkda olarkən klubu məlumatlandırmışdım. Bu səbəbdən, cərimələnməyimin mümkünsüz olduğunu söyləmişdim. Çünki əlimdə lazımi sənədlər var idi və hər an FIFA-ya müraciət edə bilərdim. Rəhbərliyə getmək istədiyimi dedim. Bildirdilər ki, özünə komanda tap və get. Mən də klub tapıb, "Qarabağ"dan ayrıldım".

Hazırda Kiprdə karantində olan futbolçu 4-5 gündən sonra komandaya qoşulacağını vurğulayıb: "Apollon"a keçdiyim üçün şadam. İddialı klubdur, qarşısında konkret hədəflər var. Ötən il də bu komandadan təklif almışdım. Amma həmin vaxt "Qarabağ"ın futbolçusu olduğum üçün keçid baş tutmamışdı"

Qeyd edək ki, Donald Gerye qış fasiləsində Azərbaycanı tərk edib və komandanın düşərgəsinə gec qoşulub. Bu səbəbdən, Gerye 20 min ABŞ dolları məbləğində cərimə olunaraq, əvəzedici heyətə göndərilib.(report)







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi