8 avqust 2026. Şənbə

Neftçi və Qarabağ arasında fərq qoya bilmərəm - Gerye


Neftçi və Qarabağ arasında fərq qoya bilmərəm - Gerye

"Baxımlı, maraqlı oyun gözləyirəm. Hər iki komandada oynadığım üçün aralarında fərq qoya bilmərəm və hər ikisini dəstəkləyəcəyəm".

Corner.az xəbər verir ki, bu fikirləri "Qarabağ" və "Neftçi"ın sabiq futbolçusu Donald Gerye bu komandalar arasında Azərbaycan Premyer Liqasının XV turunun oyunu barədə danışarkən deyib.

Haitili yarımmüdafiəçi bildirib ki, meydanda kim sonadək mübarizə aparacaqsa, o da qalib gələcək: "Son oyunda "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib. Amma bu, qarşıdakı matçın prinsipiallığını azaltmır. Hər iki komandada yaxşı futbolçular var. Güclü olan qalib gəlsin".

Fevralın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Neftçi" qarşılaşması saat 18:30-da başlayacaq.

Qeyd edək ki, Donald Gerye qış fasiləsində Azərbaycanı tərk edib və komandanın düşərgəsinə gec qoşulub. Bu səbəbdən, Gerye 20 min ABŞ dolları məbləğində cərimə olunaraq, əvəzedici heyətə göndərilib.

Gerye 2017 - 2019-cu illərdə də "Qarabağ"da çıxış edib.(report)







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı