5 noyabr 2026. Cümə axşamı

Medina Kaneni kəllə ilə vurdu


Medina Kaneni kəllə ilə vurdu

Premyer Liqanın 15-ci turunun "Qarabağ" - "Neftçi" oyununda qalmaqal baş verib.

Corner.az-ın xəbərinə görə, 72-ci dəqiqədə Ağdam klubunun cərimə meydançasında Kevin Medina rəqib oyunçu Mamadu Kaneni kəllə ilə vurub. Bu səbəbdən "Qarabağ"ın qapısına qolla nəticələnən penalti təyin edilib, Medina isə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Baş hakim Medinaya əl zərbəsi ilə cavab verən Kaneyə də 74-cü dəqiqədə ikinci "sarı" - qırmızı vərəqə göstərib.







Misli Premyer liqa