8 avqust 2026. Şənbə

Neftçi Qarabağ'ı məğlub etdi, liderliyə yüksəldi


Neftçi Qarabağ'ı məğlub etdi, liderliyə yüksəldi

Azərbaycan Premyer Liqasında 15-ci turun oyunlarına start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Öncə “Sumqayıt” öz meydanında “Səbail”lə münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri bu oyunda darmadağınla qalib gəlib.

Günün digər matçına isə  daha böyük maraq var idi. Qurban Qurbanovun lider “Qarabağ”ı əsas izləyicisi və əzəli rəqibi, “Neftçi” ilə üz-üzə gəlib. Üç qol və dörd qırmızı vərəqənin qeydə alındığı matç “Neftçi”nin qələbəsiylə başa çatıb. Nəticədə bu komanda liderliyə yüksəlib.

Azərbaycan Premyer Liqası
15-ci tur

13 fevral

Sumqayıt – Səbail 3:0
Qol: M.Xaçayev, 26. T.Mütəllimov, 33. Ə.Qurbani, 83-pen.
Qırmızı vərəqə: P.Keşavarz, 55 (ikinci sarı). K.Ağayev, 90+5.
Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Cəmil Quliyev, Fərid Hacıyev.
Sumqayıt, “Kapital Bank Arena”.

Qarabağ – Neftçi 1:2
Qol: M.Emreli, 57 – N.Ələsgərov, 28; 75-pen.
Qırmızı vərəqə: K.Medina, 72 – Ö.Buludov, 22. M.Kane, 74 (ikinci sarı). V.Stankoviç, 90+3 (ikinci sarı).
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əliyar Ağayev.
Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu.








Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı