8 avqust 2026. Şənbə

400-cü səfər matçı: Neftçi 200-ə, Abbasov 50-yə çatdı


400-cü səfər matçı: Neftçi 200-ə, Abbasov 50-yə çatdı
"Neftçi” Azərbaycan çempionatlarında 400-cü səfər oyununu keçirib.
 
Corner.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, Premyer Liqanın 15-ci turuna təsadüf edib.
 
1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçılarının duelində “ağ-qaralar” “Qarabağ”ın qonağı olub.
 
2:1 hesabı ilə qalib gələn bakılılar rəqib meydanında 200-cü qələbəsini qazanıb. Paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçudur. “Neftçi” səfərdəki digər qarşılaşmalarda 87 heç-heçə edib və 113 dəfə uduzub.
 
“Qarabağ” üzərində qələbə Samir Abasov üçün də əlamətdar olub. 43 yaşlı mütəxəssis karyerasında 50-ci qələbəsini qazanıb. Bu, mütəxəssisin 141-ci sınağına təsadüf edib. Onun rəhbərliyi altında “Sumqayıt” 96 oyunda 33, “Zirə” 37 matçda 12, “Neftçi” 8 görüşdə 5 dəfə qalib gəlib. Bunlardan 44-ü Premyer Liqa, 6-sı Azərbaycan kubokunda qeydə alınıb.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı