8 avqust 2026. Şənbə

Azərbaycan derbisində rekord vərəqə


Azərbaycan derbisində rekord vərəqə
Azərbaycan Premyer Liqasının 15-ci turunun “Qarabağ” - “Neftçi” oyununda (1:2) 4 qırmızı vərəqə göstərilib.
 
Corner.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, meydan sahiblərindən Kevin Medina, qonaqlardan Ömər Buludov, Mamadu Kane və Voyislav Stankoviç meydanı vaxtından əvvəl tərk edib.
 
Bu, “Qarabağ”la “Neftçi” arasında Azərbaycan derbilərində ən çox qırmızı vərəqənin göstərildiyi oyundur. 82-ci dəfə ölkə çempionatında üz-üzə gələn komandaların duellərində heç vaxt bu qədər oyunçu meydançadan kənarlaşdırılmayıb.
 
Ümumiyyətlə ölkə çempionatları tarixində bir matçda 4 qırmızı vərəqəyə sonuncu dəfə 2014/15 mövsümündə təsadüf olunub. 2014-cü il noyabrın 24-də keçirilən “Neftçi” – “Xəzər Lənkəran” (2:2) matçında komandaların hərəsinin iki futbolçusu qırmızı vərəqə alıb.
 
Bir komandanın eyni oyunda üç qırmızı vərəqə ilə cəzalanması isə sonuncu dəfə 2015/16 mövsümündə qeydə alınıb. 2015-ci il oktyabrın 18-də “Rəvan” “Kəpəz”lə ev oyununu (0:2) 8 futbolçu ilə başa vurub.
 
“Neftçi” isə Azərbaycan çempionatları tarixində ikinci dəfə bir qarşılaşmada üç qırmızı vərəqə ilə cəzalanıb. İlk belə hadisə 2013/14 mövsümündə yaşanıb. 2014-cü il fevralın 9-da keçirilən “Xəzər Lənkəran” – “Neftçi” matçının (2:2) sonlarında meydan sahibləri bir, qonaqlar üç oyunçusunu itirib. Qalmaqallı görüşdə Tərlan Quliyev 89-cu, Karlos Kardoso və Bruno Bertuççi, həmçinin meydan sahiblərindən Ağabala Ramazanov 90+4-cü dəqiqədə cəzalanıb.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı