18 mart 2026. Çərşənbə

Qarabağ'ın 1, Neftçi'nin 3 futbolçusu cəzalandırıldı


Qarabağ'ın 1, Neftçi'nin 3 futbolçusu cəzalandırıldı

AFFA İntizam Komitəsi Premyer Liqanın XV turunda "Qarabağ" və "Neftçi" klubları arasında Azərbaycan derbisində baş verənlərlə bağlı qərarlarını açıqlayıb.

Corner.az xəbər verir ki, matçın 73-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Kevin Medina “aqresiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Kluba isə 3200 manat cərimə tətbiq edilib.

Qarşılaşmanın 22-ci dəqiqəsində “Neftçi”nin oyunçusu Buludov Ömər “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəza alıb. Paytaxt klubu buna görə 1600 manat ödəyəcək.

Flaqmanın digər üzvü Mamadou Kane qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun, kluba isə 200 manat cəza kəsilib. İkinci sarı vərəqəni alaraq meydandan qovulan Stankovic Vojislav də komanda yoldaşı kimi bir oyunluq cəza ilə üzləşib və klubunu 200 manat ziyana salıb.

"Neftçi"nin 3 futbolçusu qırmızı vərəqə aldığı üçün kluba 4800 manat cərimə də tətbiq edilib.

Qeyd edək ki, qarşılaşma "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi