18 mart 2026. Çərşənbə

Qarabağ'ın legioneri cəzalanmasına münasibət bildirdi


Qarabağ'ın legioneri cəzalanmasına münasibət bildirdi
"4 oyunluq cəzalandığım üçün məyusam. Amma artıq qərar verilib”.
 
Corner.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Kevin Medina AFFA İntizam Komitəsi tərəfindən diskvalifikasiya olunmasına münasibət bildirərkən deyib.
 
Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi"nin futbolçusu Mamadu Kane ilə münaqişədən sonra meydandan qovulan 28 yaşlı müdafiəçi klubu tərəfindən də cəzalandığını da diqqətə çatdırıb: "Klubumuzun daxili nizam-intizam qaydaları var, ona əməl etməliyəm. Mənə hansı cəzanın verildiyini deyə bilmərəm".
 
Kolumbiyalı oyunçu 73-cü dəqiqədə baş vermiş qalmaqallı epizod barədə də danışıb: "Ekranda da göründüyü kimi, Mamadu mənimlə üz-üzə gəldi. Reaksiyam da onun kimi oldu. Hərçənd bu, öz tərəfimdən elə də yaxşı reaksiya deyildi. İnsan sənə baxırsa, bu normaldır. Amma o, yalnız baxmırsa və sənə yaxınlaşırsa, mən də onun üstünə gedərəm. Futbolda belə hallar olur".
 
Medina Premyer Liqada cəzalı olduğu üçün əvəzedici heyətdə oynaya biləcəyini vurğulayıb: "Mən futbolu sevirəm. Hazırda əsas komanda ilə məşq edirəm. Amma formamı qorumaq üçün əvəzedici komandada da oynaya bilərəm".
 
Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. (report)






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi