11 avqust 2026. Çərşənbə axşamı

Neftçi - Qəbələ matçının hakimləri açıqlandı


Neftçi - Qəbələ matçının hakimləri açıqlandı

Azərbaycan Premyer Liqasında 16-cı turun növbəti iki oyununun təyinatları müəyyənləşib.

Corner.az xəbər verir ki, “Neftçi” – “Qəbələ” matçı İnqilab Məmmədova, “Keşlə” – “Zirə” dueli isə FIFA referisi Elçin Məsiyevə tapşırılıb.

20 fevral (şənbə)

16:00. “Keşlə” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASK Arena”

18:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bakcell Arena”







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı