18 mart 2026. Çərşənbə

Qarabağ yenidən zirvəni ələ keçirdi


Qarabağ yenidən zirvəni ələ keçirdi

Azərbaycan Premyer Liqasında 17-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, turun bütün matçları eyni gündə baş tutub.

Tura Qəbələdə start verilib. Şəhərin eyniadlı komandası “Sumqayıt”la qarşılaşıb və minimal hesabla qələbə qazanıb.

Lider “Neftçi” səfərdə üçüncü sırada yer alan “Zirə”nin qonağı olub. Bu oyunda da meydan sahibləri minimal hesabla qalib gəlib.

Autsayderlərin duelində “Keşlə” və “Sabah” komandaları üz-üzə gəlib. Tərəflər bu görüşdən hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Tura "Qarabağ" - "Səbail" görüşü ilə yekun vurulub. Ağdam klubu bu oyunda minimal hesabla qələbə qazanaraq liderliyi ələ keçirib.

Azərbaycan Premyer Liqası
17-ci tur

25 fevral

“Qəbələ” – “Sumqayıt” 1:0
Qol: C.Adeniyi, 50.
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rauf Allahverdiyev.
Qəbələ şəhər stadionu.

"Zirə” – “Neftçi” 1:0
Qol: D.Volkov, 67.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı.
Zirə İdman Kompleksinin stadionu.

“Sabah” – “Keşlə” 1:1
Qol: T.Fofana, 90+1 - Ş.Əliyev, 79.
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Elçin Məsiyev
Masazır. “Bank Respublika Arena”.

“Qarabağ” – “Səbail” 1:0
Qol: X.Romero, 72.
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rəhim Həsənov
Bakı. “Azersun Arena”.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi