5 noyabr 2026. Cümə axşamı

Qarabağ çempionatın favoritidi - Elmar Baxşıyev


Qarabağ çempionatın favoritidi - Elmar Baxşıyev

"Oyunun çətin keçəcəyini bilirdik. Rəqib çempionatın favoritidir. Heyətimizdə itkilər olduğundan rotasiyaya getməyə məcbur idik. İlk hissədə narazı qaldığımız məqamlar var idi. Amma təslim olmuruq. Yuxarı pillələrə qalxmağa çalışacağıq".

Corner.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Qarabağ"a hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVII turunun oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, qarşılarına Avropa Liqasına vəsiqə qazanmaq hədəfi qoyulmayıb: "Sadəcə öz oyun dəst-xəttimiz var. İnanıram ki, getdikcə daha yaxşı oynayacağıq. Komandamın potensialı var"







Misli Premyer liqa