8 avqust 2026. Şənbə

Sabah klubundan bərbad göstərici: 101 oyunda 50 məğlubiyyət


Sabah klubundan bərbad göstərici: 101 oyunda 50 məğlubiyyət

“Sabah” klubu tarixində 50-ci məğlubiyyətini alıb.

Corner.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, komandanın 101-ci görüşünə təsadüf edib.

Bakı təmsilçisi Premyer Liqanın 18-ci turunda “Neftçi” ilə səfər görüşündə 1:2 hesabı ilə uduzub. İndiyədək I divizion, Azərbaycan kuboku və Premyer Liqada mübarizə aparan komanda bu müddətdə 29 qələbə qazanıb və 22 heç-heçə edib.

2017/18 mövsümündə I divizionda debüt edən “Sabah” aşağı dəstədə 9, ölkə kubokunda 6, Premyer Liqada 35 dəfə məğlubiyyət acısı yaşayıb.

Aleksey İsayev Premyer Liqada 50-ci görüşünü keçirib. 2018/19 mövsümündə “Sumqayıt”ın heyətində ilk çempionat görüşünə çıxan futbolçu “Gənclik şəhəri” təmsilçisində 38, “Sabah”da 12 qarşılaşmada iştirak edib. O, yeganə qoluna da paytaxt təmsilçisində imza atıb.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı