30 yanvar 2026. Cümə

Honda bizə fayda verə bilər - Neftçi'nin baş məşqçisi


Honda bizə fayda verə bilər - Neftçi'nin baş məşqçisi
"Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.
 
Corner.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları deyib:
 
“Yaxşı oynadıq. Digər tərəfdən rəqibə çox qol şansı verdik. Bunu aradan qaldırmalıyıq. 20 günlük fasiləyədək 1 oyunumuz qalıb. Ondan sonra bir qədər dincələ bilərik”.
 
Abasov "Neftçi"yə transferi gündəmdə olan yaponiyalı Keysuke Honda barədə də danışıb: "Hər baş məşqçinin yaxşı futbolçuya ehtiyacı var. Honda komandanı sakitləşdirmək baxımından bizə fayda verə bilər. Honda müxtəlif mövqelərdə oynaya bilir. 90 faiz razılıq əldə olunub. Özü də mövsümün sonunadək bizdə oynamaq istəyir. Yayda yenidən danışıqlar aparılması mümkündür”.






Misli Premyer liqa

“Sabah”dan "Şamaxı"ya
  • Misli Premyer liqa
  • 18:47 28.01.2026
“Sabah”dan "Şamaxı"ya
"Sabah" onunla yollarını ayırıb
  • Misli Premyer liqa
  • 13:37 26.01.2026
"Sabah" onunla yollarını ayırıb
"Neftçi" evdə “Zirə” ilə heç-heçə etdi
  • Misli Premyer liqa
  • 20:53 23.01.2026
"Neftçi" evdə “Zirə” ilə heç-heçə etdi