23 iyun 2026. Çərşənbə axşamı

Ayxan Abbasov 100-ə çatdı


Ayxan Abbasov 100-ə çatdı

Hazırda “Sumqayıt”ı çalışdıran Ayxan Abbasov Azərbaycan Premyer Liqasında baş məşqçi kimi 100-cü oyununu keçirib.

Corner.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, bu, XIX turun “Sabah” – “Sumqayıt” matçına təsadüf edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabında eyni sayda – 35 qələbə və məğlubiyyət olan 40 yaşlı mütəxəssis yubiley matçında yubiley – 30-cu heç-heçəsinə imza atıb.

Abbasov Premyer Liqada iki kluba rəhbərlik edib. O, 2017-2018-ci illərdə “Zirə”ni 44, 2018-ci ildən indiyədək “Sumqayıt”ı 56 qarşılaşmaya çıxarıb.

Qeyd edək ki, Ayxan Abbasovun Premyer Liqada baş məşqçi kimi debütü 2016/2017 mövsümünün ikinci yarısına təsadüf edib. 2017-ci il yanvarın 29-da “Zirə” öz meydanında AZAL-a 2:1 hesabı ilə qalıb gəlib.







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı