25 oktyabr 2024. Cümə

Qarabağ'ın 3 futbolçusu üçün yubiley oyun


Qarabağ'ın 3 futbolçusu üçün yubiley oyun

Azərbaycan Premyer Liqasının 19-cu turu “Qarabağ”ın üç futbolçusu üçün yubileylə əlamətdar olub.

Corner.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, tarixi nailiyyətə “Zirə” ilə səfər matçında Filip Ozobiç, Xayme Romero və Abbas Hüseynov imza atıb.

2018-ci ilin yayından Ağdam klubunda çıxış edən Ozobiç 75-ci dəfə “Qarabağ”ın formasını geyinib. O, çempionatda 47, kubokda 4, avrokuboklarda 24 dəfə meydana çıxıb. Xorvatiyalı yarımmüdafiəçinin debütü 2018-ci il iyulun 11-də Çempionlar Liqasının “Olimpiya” ilə Sloveniyadakı görüşündə (1:0) gerçəkləşib. O, 75 matçda 22 qol vurub.

Ağdam klubuna bir il sonra gələn Xayme 50-ci dəfə “Qarabağ”ın forması geyinib. İspaniyalı legioner bu müddətdə 26 çempionat, 4 kubok və 20 avrokubok qarşılaşmasında şans qazanıb. Onun ilk matçı 2019-cu il iyulun 10-da Albaniyada “Partizani”yə qarşı olub. Çempionlar Liqasının görüşü qolsuz bitib. Romero 11-ci qolunu “Zirə”nin qapısından keçirib.

Legionerlə müqayisədə daha tez - 2017-ci ilin yayında “Qarabağ”a keçən Hüseynov Premyer Liqada 50-ci dəfə ağdamlıların şərəfini qoruyub. 2017-ci il avqustun 11-də “Neftçi” ilə səfər görüşü (3:1) onun klubundakı ilk çempionat matçı olub. Cinah oyunçusu 4 mövsüm ərzində 1 qola imza atıb.

Qeyd edək ki, "Zirə" ilə oyun "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 2:0.







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir