8 avqust 2026. Şənbə

Keşlə 800, Səbail 1600 manat cərimələndi


Keşlə 800, Səbail 1600 manat cərimələndi

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Corner.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

Premyer Liqanın 19-cu turunun “Neftçi” – “Keşlə” matçının 61-ci dəqiqəsində “Keşlə” klubunun köməkçi məşqçisi Azər Bağırov oyunu ləngitdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur.

“Qəbələ” – “Səbail” oyununda “Qəbələ” klubunun 71 nömrəli futbolçusu Rüfət Əhmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Matçın 67-ci dəqiqəsində “Səbail” klubunun 20 nömrəli futbolçusu Ruslan Hacıyev “kobud oyun”a görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.

Oyun öncəsi yanğınsöndürən nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunur.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı