8 avqust 2026. Şənbə

Neftçi'də xoşbəxtəm, Avropada oynamaq istəyirəm


Neftçi'də xoşbəxtəm, Avropada oynamaq istəyirəm

"Baş məşqçimiz Samir Abasov komanda üçün doğru qərarlar verir. Mən hər zaman oynamağa hazıram və məşqlərimə davam edirəm".

Corner.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin futbolçusu Mert Çelik deyib.

Ardıcıl 3 tur oynamamasına münasibət bildirən 21 yaşlı yarımmüdafiəçi komanda yoldaşı Mamadu Mboc cəzalı durumda olduğu üçün XX turda "Səbail"ə qarşı meydanda olma ehtimalına da toxunub: "Şans veriləcəyi təqdirdə, ən yaxşı şəkildə komandaya töhfə verəcəyəm. Heyətlə bağlı qərarı Samir Abasov verəcək. "Səbail"ə qarşı oynasam, bacardığım hər şeyi meydanda qoyacağam".

Çelik "Neftçi"nin çempionluq şanslarından da danışıb: "Bütün oyunlarda qələbə qazansaq, çempion olacağıq. Biz bunun fərqindəyik. Çempionluq üçün çox çalışırıq. Bu mövsüm başlıca hədəfimiz mövsümü lider kimi başa vurmaqdır".

Türkiyənin "Qalatasaray" klubunun yetirməsi olan müdafiəçi "Neftçi"də xoşbəxt olduğunu söyləyib. O, yenidən "Türkiyəyə qayıtmaq istəyərsinizmi" sualına isə belə cavab verib: "Özümü burada yaxşı tərəfdən sübut etdikdən sonra Türkiyədə yox, Avropada oynamaq istəyirəm".

Qeyd edək ki, martın 14-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Səbail" matçı saat 17:15-də başlayacaq. Mert Çelik 2020-ci ilin sentyabrında "Başakşehir"dən "Neftçi"yə iki illik icarəyə verilib.(report)







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı