8 avqust 2026. Şənbə

Sezar Meza Kolli yubiley matçına çıxdı


Sezar Meza Kolli yubiley matçına çıxdı

“Keşlə”nin futbolçusu Sezar Meza Kolli Azərbaycan Premyer Liqasında yubiley matçını keçirib.

Corner.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, XX turun “Sumqayıt”la görüşü (2:2) legioner yarımmüdafiəçinin 100-cü oyunu olub.

Paraqvaylı oyunçu bu görüşlərdə 13 qola imza atıb.

Azərbaycanda 2013/14 mövsümündə debüt edən yarımmüdafiəçi bu müddətdə iki klubun formasını geyinib. O, fasilələrlə çıxış etdiyi “Keşlə”dəki 81 matçda 9 qol vurub. Paraqvaylı futbolçu “Zirə”də oynadığı 2016/17 mövsümünün 19 qarşılaşmasında 4 dəfə fərqlənib.

Qeyd edək ki, Sezar Meza Kolli çempionatda ilk oyununu 2013-cü il sentyabrın 12-də səfərdə “Neftçi”yə qarşı (1:3) keçirib.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı