10 avqust 2026. Bazar ertəsi

Qarabağ'ın futbolçusu milliyə dəvət olunmasından danışdı


Qarabağ'ın futbolçusu milliyə dəvət olunmasından danışdı

"Çox sevincliyəm. Futbolçu karyerama başlayandan bəri həmişə arzum Kabo-Verde millisinin şərəfini qorumaq olub. Nəhayət, bu arzum reallaşıb".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın Kabo-Verdeli futbolçusu Patrik Andrade klubun rəsmi saytına açıqlamasında ölkəsinin millisinə dəvət alması barədə danışarkən deyib.

27 yaşlı yarımmüdafiəçi bildirib ki, Ağdam klubundakı uğurlu çıxışı yığmaya çağırılmasında əhəmiyyətli rol oynayıb: "Qarabağ"dakı çıxışımın milliyə dəvət almağımda böyük rolu oldu. Məhz bu komandaya keçəndən sonra Kabo-Verde yığmasına çağırıldım. Afrika Millətlər Kubokunun seçmə mərhələsində iki oyun keçirəcəyik. Kamerunu evdə qəbul edəcəyik. Ölkəmin millisində oynamaq məni daha da sevindirir. Ümid edirəm ki, yığmaya müntəzəm dəvət alacağam. Bunun üçün də daim çalışmalı və məşqçilərin diqqətində olmalıyam".

Qeyd edək ki, Patrik Andrade Afrika Millətlər Kubokunun Kamerun və Mozambiklə seçmə mərhələ oyunları üçün yığmaya dəvət alıb.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı