8 avqust 2026. Şənbə

Qəbələ - Zirə matçının vaxtı və yeri dəyişdirildi


Qəbələ - Zirə matçının vaxtı və yeri dəyişdirildi
“Qəbələ” Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründə hazırlığını davam etdirir.
 
Corner.az xəbər verir ki, “qırmızı-qaralar” milli komandaların oyunları ilə əlaqədar olan fasilədə Bakıda məşq keçir.
 
Baş məşqçi Elmar Baxşıyevin yetirmələri hazırlığı Bakı Olimpiya Stadionunda gerçəkləşdirir. Gündə iki dəfə məşq keçən komandanın məşqlərində yalnız Azərbaycanın U-21 yığmasına çağırılan Rüfət Əhmədov iştirak etmir. “Qırmızı-qaralar”ın hazırlıq prosesinə klubun futbol akademiyasının 5 gənc oyunçusu da qatılıb.
 
“Qəbələ”nın hazırlıq prosesində keçirəcəyi yoxlama oyunlarının yeri və vaxtında bəzi dəyişikliklər olub. “Zirə” ilə qarşılaşma martın 26-da baş tutacaq. “Azersun Arena” baş tutacaq matça saat 17:00-da start veriləcək.
 
Azərbaycanın U-21 yığması ilə üç gün sonra keçiriləcək qarşılaşma isə “Bakcell Arena”da təşkil olunacaq. Görüş saat 16:00-da start götürəcək.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı