5 avqust 2026. Çərşənbə

Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün 150-ci qolu vurulub


Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün 150-ci qolu vurulub

 Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünün 150-ci qolu vurulub.

Corner.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu qola “Neftçi” – “Keşlə” (2:0) qarşılaşmasında hesabı açan flaqmanın yarımmüdafiəçisi Emin Mahmudov imza atıb.

Mövsümdə ilk qolu I turun “Sumqayıt”la oyununda (2:0) “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov, 50-ci qolunu “Səbail”lə VI turda (4:0) onun komanda yoldaşı Dario Frederiko vurub. 100-cü top isə XI turun “Qəbələ” – “Qarabağ” görüşündə (1:3) hesabı açan meydan sahiblərinin futbolçusu Ceyms Adeniyinin aktivinə yazılıb.

Qeyd edək ki, “Keşlə” ilə qarşılaşmada komandasının hər iki qoluna imza atan Mahmudov karyerasında ilk dublu rəsmiləşdirib.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı