8 avqust 2026. Şənbə

Qarabağ'ın futbolçusu milliyə çağrılmasından danışdı


Qarabağ'ın futbolçusu milliyə çağrılmasından danışdı

“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde millisinin heyətində Afrika Millətlər kubokunun seçmə mərhələsində Kameruna qarşı oynayıb.

Corner.az xəbər verir ki, 28 yaşlı futbolçu millisinin 3:1 hesabı ilə qalib gəldiyi matçda start heyətdə meydana çıxıb və 71-ci dəqiqədə əvəzlənib. Bu qarşılaşma Andradenin yığmada ilk rəsmi matçı olub. O, rəsmi debütü və millidəki çıxışı barədə “Qarabağ”ın saytına açıqlama verib:

“Bundan əvvəl Kabo-Verde yığmasında yoldaşlıq oyununda meydana çıxmışdım. Ancaq Kamerunla görüşdə ilk dəfə milli formada rəsmi oyun keçirdim. Rəsmi debütümdə qələbə qazandıq və buna çox sevinirəm. Küləkli hava şəraitində keçən matç çox çətin alındı. Oyunun gedişində məğlub duruma düşsək də, vəziyyəti dəyişdik və əzmkar qələbə qazandıq.

Yığmaya dəvət almağım məni çox sevindirir. Əlbəttə, “Qarabağ”da oynamağımın yığmaya çağırılmağımda böyük təsiri oldu. Mən bu komandaya keçəndən sonra milliyə çağırıldım. Ümid edirəm ki, “Qarabağ”da uğurlu çıxış etməyə davam edəcəyəm və milliyə müntəzəm dəvət alacağam. İndi bizi Mozambiklə çətin oyun gözləyir. Bu oyunda da müsbət nəticəyə köklənmişik”.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı