5 noyabr 2026. Cümə axşamı

UEFA Qəbələ'yə təzminat ödədi


UEFA Qəbələ'yə təzminat ödədi

UEFA "Qəbələ" klubuna 5 000 avro ayırıb.

Corner.az-ın məlumatına görə, bu məbləğ "qırmızı-qaralar"ın Gənclər Liqasında 2020/21-ci il mövsümünün 1/64 final mərhələsində iştirakı zamanı səyahət və yerləşdirmə xərcləri üçün ayrılıb.

Həmin vəsait AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Qeyd edək ki, "Qəbələ" klubunun U-19 komandası martın 4-də UEFA Gənclər Liqasının 1/64 finalında Şimali Makedoniyanın "Şkendiya" komandası ilə üz-üzə gəlməli idi. Lakin UEFA İcraiyyə Komitəsi koronavirus pandemiyası ilə əlaqədar turniri ləğv edib.







Misli Premyer liqa