8 avqust 2026. Şənbə

Neftçi'nin çempionluq üçün böyük şansı var - Honda


Neftçi'nin çempionluq üçün böyük şansı var - Honda

"Bura gəldiyim ilk gündən hamı mənə qarşı çox mehribandır. Hər kəsdən diqqət görürəm. Bu da mənə xoşdur".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Keysuke Honda klubun rəsmi telekanalına açıqlamasında deyib.

Yaponiyalı yarımmüdafiəçi bildirib ki, yeni ölkəyə uyğunlaşma prosesi yaxşı gedir: "Neftçi"də ilk matçımı keçirdim. Məşqlər qaydasındadır".

34 yaşlı futbolçu aprelin 4-də "Sumqayıt"la keçirəcəkləri Premyer Liqanın XXI tur matçına və mövsümün qalan hissəsinə hazır olduqlarını vurğulayıb: "Rəqib komandanın oyunlarını özüm üçün analiz etmişəm. Necə komandaya qarşı oynayacağımızı bilirəm. Aqressiv çıxış edirlər. Bütün bunları görəndən sonra matçın çətin keçəcəyini düşünürəm. Çempionatın son 8 turuna da hazıram. Amma 100 faiz formada olmaq üçün vaxt lazımdır. Baş məşqçi şans versə, komandama kömək etməyə hazıram".

Ulduz futbolçunun sözlərinə görə, komandasının çempionluq üçün böyük şansı var: "Bu şansdan yararlanmalıyıq. Səviyyəmiz də qalib olmağa imkan verir. Heyətdə təcrübəlilərlə yanaşı, gənc futbolçular da var. Hamımız birlikdə sonadək mübarizə aparmalıyıq. Təcrübəli futbolçular gənclər üçün nümunə olmalıdır".

Qeyd edək ki, Keysuke Honda "Neftçi" ilə cari mövsümün sonunadək müqavilə imzalayıb







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı