5 noyabr 2026. Cümə axşamı

Zirə'nin 3 futbolçusu koronavirus'a yoluxdu


Zirə'nin 3 futbolçusu koronavirus'a yoluxdu

Azərbaycan Premyer Liqasının 21-ci turunda "Səbail"lə qarşılaşacaq "Zirə" komandasının 3 futbolçusunda koronavirus aşkarlanıb.

Corner.az-ın məlumatına görə, Riçard Almeyda, Fakundo Melivilo və Vüsal Əliyevdən götürülmüş testlərin nəticəsi pozitiv çıxıb.

Sözügedən oyunçular karantinə alınıb.

"Dənizçilər"in heyətində isə yoluxma halı qeydə alınmayıb.

Qeyd edək ki, aprelin 3-də keçiriləcək "Səbail" - "Zirə" matçı saat 16:30-da başlayacaq.







Misli Premyer liqa