6 may 2026. Çərşənbə

Xal itkisinə üzülmürük - Rəşad Sadıqov


Xal itkisinə üzülmürük - Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Corner.az xəbər verir ki, 38 yaşlı mütəxəssis, 0:0 hesabıyla başa çatan qarşılaşmadan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularıma təşəkkür edirəm. Xeyli problemə rəğmən sonadək mübarizə apardıq. İlk hissədə üstünlüyümüz daha qabarıq görünürdü. Fasilədən sonra isə təşəbbüs gah bu, gah da digər komandanın tərəfinə keçirdi. Xal itirdiyimizə görə üzülmürük, qazandığımız bir xalı da qənaətbəxş sayıram”.

Sadıqov futbolçularına götərilən sarı vərəqələr barədə danışmaq istəmədiyini söyləyib: “Həmin epizodlarda etiraz etdik. Amma şərh vermək istəmirəm”.

Baş məşqçi gənc müdafiəçi Cəlal Hüseynovun çıxışına da toxunub: “Onun oyunu bizi sevindirir. Cari mövsümdə yetərincə şans qazanır. Mövqeyi səhv etməyə imkan vermir. Çalışıram ki inkişafdan geri qalmasın”.

Sadıqovun sözlərinə görə, daha keyfiyyətli futbol oynamaq üçün yaxşı futbolçu lazımdır: “Futbolçu özü yetişmir, onları yetişdirmək lazımdır. 90 dəqiqə yüksək tempdə oynamaq üçün buna pillə-pillə gəlmək lazımdır. Futbolçu 60 dəqiqədən sonra yorulubsa, bu, iki səbəbdən ola bilər: ya fizikası zəifdir, ya da onu məşqdə yükləmisən. Meydanda gördüyünüz 90 dəqiqə son mərhələdir. Hesab edirəm ki, mütəxəssislərimizin əlində daha geniş imkan olsa, daha böyük işlər görə bilərlər”.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi