6 may 2026. Çərşənbə

Sumqayıt'ın kapitanından qələbə şərhi


Sumqayıt'ın kapitanından qələbə şərhi

"Bizim üçün ağır səfər olacağını bildirdik. Çünki rəqib son matçlarda qələbələr qazanırdı və çox yaxşı oynayırdı. Görüşə ciddi hazırlaşmışdıq. Baş məşqçi Ayxan Abbasov rəqibin güclü və zəif tərəflərini bizə aşılamışdı".

Corner.az xəbər verir ki, bu fikirləri "Sumqayıt" komandasının kapitanı Vurğun Hüseynov Premyer Liqanın XXI turunda "Neftçi"ni 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

33 yaşlı müdafiəçi "ağ-qaralar"ı qarşılaşma ərzində zərərsizləşdirə bildiklərini söyləyib: "Biz onların zəif tərəflərindən istifadə edərək, qələbə qazandıq. Komanda olaraq qələbəyə köklənmişdik. 1 xal da qənaətbəxş olardı. Çünki hansısa komanda "Neftçi" səfərindən 3 xalla qayıdacaqlarını öncədən deyə bilməz. Biz bu çətin səfərdən qələbə ilə ayrılmağı bacardıq".

Hüseynov start heyətində yer almamasına da toxunub: "Zədəmi tam sağaltmışam. Amma hələ formada deyiləm. Tam formaya düşməyim üçün vaxt lazımdır. Bu səbəbdən, ikinci yarıda meydana daxil oldum".

Kapitan görüşdən sonra bütün futbolçuları başına toplamasının səbəbini də açıqlayıb: "Komandada kimin oynamasından asılı olmayaraq, hamı yaxşı nəticə üçün çalışmalıdır. Futbolçulara deyirdim ki, qarşıdakı oyunlarda hamımız bir yumruq kimi olmalıyıq. Belə olacağı təqdirdə, yaxşı nəticələrimiz olacaq".

Qeyd edək ki, hazırda "Neftçi" 42 xalla 2-ci, "Sumqayıt" 29 xalla 4-cü pillədə qərarlaşıb.(report)







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi