6 may 2026. Çərşənbə

Qol vurduqdan sonra klub prezidentini axtardım - Monroz


Qol vurduqdan sonra klub prezidentini axtardım - Monroz

"Klubla müqaviləm mövsümün sonunda bitir. Buna görə də mütləq burada çempion olmağı arzulayıram".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Stiven Jozef-Monroz klubun rəsmi televiziyasında yayımlanan "Piramida" verilişinə müsahibəsində deyib.

31 yaşlı fransalı hücumçu bildirib ki, çempionluq əldə etmək elə də asan deyil: "Bilirsiniz ki, "Qarabağ" uzun illərdir ki, çox yaxşı çıxış edir. Biz isə komanda olaraq döyüşürük. Döyüşürük ki, çempion olaq. Müqaviləmin bitməsindən əvvəl çempion olsaq, buna sevinəcəyəm. Bu həm özüm, həm də komandam üçün çox yaxşı olacaq".

Monroz XX turda "Səbail"i məyus etdikdən sonra fərqli qol sevinci yaşadığını xatırlayıb: "Bu, sadəcə zarafat idi. Klubumuzun prezidenti Kamran Quliyev oyundan bir gün əvvəl gəlib məndən "Adın nədir" deyə soruşdu. Mən uzun vaxt idi ki, qol vurmurdum. Həmçinin, demək olar ki, məhsuldar ötürmələrim də yox idi. Mən də dedim ki, adımı xatırlamırsınızsa, bunu sizə oyun zamanı nümayiş etdirəcəyəm. Qol vurduqdan sonra tribunalara bu formada baxaraq, klub prezidentini axtardım. Sonra da formamı göstərdim ki, adımı xatırlasın. Bu, sadəcə onunla bağlı idi. Yəni eynəklik nə isə yox idi (gülür - red.)".

Qeyd edək ki, "Neftçi" XX turda "Səbail"i 4:0 hesabı ilə məğlub edib. Stiven Jozef-Monroz həmin görüşün 66-cı dəqiqəsində komandasının ikinci qoluna imza atıb. Hazırda paytaxt təmsilçisi Premyer Liqada 42 xalla ikinci pillədə qərarlaşıb. Flaqman lider "Qarabağ"dan bir xal geridədir.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi