25 oktyabr 2024. Cümə

Hər oyun bizim üçün bir imtahandır - Aftandil Hacıyev


Hər oyun bizim üçün bir imtahandır - Aftandil Hacıyev
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri matçı şərh edib.
 
Corner.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- Həqiqətən də bu gün "Sabah"ın oyununda böyük dəyişiklik gördük. Əvvəlki komandadan çox fərqlilik hiss etdik. Ramin müəllimin işi görünür. Bizə gəlincə, 1-2 epizod var idi ki, qol vura bilərdik. Ümumilikdə, iki hissədə də eyni oyunu göstərdik. Rəqib ikinci hissədə daha çox təzyiq etdi və bir neçə qol imkanı yaxaladılar. Meydanı 1 xalla tərk etdik. Bu, yaxşı oldu. Rəqiblərlə müqayisədə bizdə heyət baxımından kasadlıq var. Futbolçular sona qədər mübarizə apardılar. Hər oyun bizim üçün bir imtahandır. Bu nəticəni qənaətbəxş hesab etmək olar.
 
- Məqsədin məqsədi nə idi?
- Məqsəd yaxşı çıxış etdi. Topu kənara vurması və sarı vərəqəyə ilə bağlı fasilədə onunla danışdıq. Görünür ki, onunla bir az daha söhbət etməyə ehtiyac var. Fərdi danışıq aparacağıq.






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir