6 may 2026. Çərşənbə

Honda kimi futbolçular Azərbaycana çox gəlməlidir


Honda kimi futbolçular Azərbaycana çox gəlməlidir

"Birinci hissədə yaxşı oynadıq, mübarizə apardıq. Qol epizodları yaratsaq da, istifadə edə bilmədik".

Corner.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın futbolçusu Elvin Məmmədov səfərdə "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXII tur oyunu barədə danışarkən deyib.

33 yaşlı yarımmüdafiəçi görüş ərzində fərdi səhvlər etdiklərini bildirib: "Böyük hesablı məğlubiyyətə səbəb səhvlərin çox olması idi. "Qarabağ" isə səhvləri bağışlamır".

Təcrübəli oyunçu matçlarda müntəzəm çıxış etməməsinin səbəbini də açıqlayıb: "Heyəti baş məşqçi qurur. O, kimə şans verirsə, futbolçu da tapşırığı icra etməyə çalışır. Baş məşqçi Ayxan Abbasovun qərarına mən və digər oyunçular hörmətlə yanaşmalıyıq. Özümə gəlincə, 90 dəqiqə oynayacaq gücdəyəm. Sadəcə, heyəti baş məşqçi formalaşdırır".

Məmmədov XXIII turda "Qəbələ" ilə qarşılaşmada yaxşı nəticəyə ümid etdiklərini sözlərinə əlavə edib: "Hər oyun bizim üçün vacibdir. Yaxşı və əzmkar mübarizə aparsaq, müsbət nəticə əldə edəcəyik".

Azərbaycan millisinin keçmiş üzvü klubdakı taleyi və karyerası barədə də danışıb: "Sumqayıt"da qalmaq istəyirəm. Çünki yaxşı kollektivimiz var. Amma hər şeyi zaman göstərəcək. Yeni müqavilə ilə bağlı hansısa danışığımız olmayıb. Karyeramı bitirmək barədə də düşünmürəm. Oynamaq istəyirəm".

Yarımmüdafiəçi son olaraq "Neftçi"nin yeni transferi, ulduz futbolçu Keysuke Hondanın Azərbaycan çempionatında çıxış etməsinə münasibət bildirib: "Belə futbolçuların ölkəmizə gəlişi çox yaxşı haldır. Həm marketinq, həm də digər oyunçuların axını baxımından. İstəyirəm ki, Honda kimi oyunçular çempionatımızda daha çox olsun".(report)







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi