10 avqust 2026. Bazar ertəsi

Zirə Neftçi ilə oyuna ciddi itki ilə çıxacaq


Zirə Neftçi ilə oyuna ciddi itki ilə çıxacaq

"Zirə" klubu "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XXIII tur matçına itki ilə çıxacaq.

Corner.az xəbər verir ki, bu barədə qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov məlumat verib.

39 yaşlı mütəxəssis kapitan Ağabala Ramazanovun cəza üzündən oynamayacağını bildirib: "Bu, bizim üçün ciddi itkidir. Amma əminəm ki, Ramazanovun mövqeyində oynayan futbolçular onu layiqincə əvəzləyəcəklər. Biz gəldiyimiz gündən çalışmışıq ki, əsas və ikinci heyət kimi fikir formalaşmasın. Belə məqamlarda kimsə özünü ikinci dərəcəli oyunçu kimi hiss etməməlidir. "Neftçi" ilə görüşdə də bu itkinin hiss edilməməsi üçün çalışacağıq".

Qeyd edək ki, aprelin 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Zirə" oyunu saat 20:15-də başlayacaq.(report)







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı