10 avqust 2026. Bazar ertəsi

Neftçi qapıçısını icarəyə göndərə bilər


Neftçi qapıçısını icarəyə göndərə bilər

"Neftçi" cari mövsümün sonunda qapıçısı Kamran İbrahimovu icarəyə verə bilər.

Corner.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin baş baş məşqçisi Samir Abasov klub televiziyasında yayımlanan "Neftçi" mediada" verilişində azarkeşlərin suallarını cavablandırarkən deyib.

Bununla belə, Abasov 22 yaşlı qolkiperə güvəndiklərini bildirib: "Onun haqqında da fikirləşirik. Komanda sayı çox olsa, icarə məsələsi gündəmə gələ bilər. Yaxud da yayda toplanış üçün vaxtımız olsa, Kamrana daha çox şans vermək, güvənmək istəyirik".

43 yaşlı mütəxəssis "Qarabağ"da ehtiyatda qalan Emil Balayevin flaqmana mümkün keçidi məsələsinə də toxunub: "Azərbaycanda Kamran Ağayevdən sonra bizim qapıçıların zaman-zaman parlayan vaxtları oldu. Xatırlayırsınızsa, bu, Səlahət Ağayevdə və Emil Balayevdə də baş verdi. Əfsuslar olsun ki, balansı saxlaya bilmədilər. Emil 1 ilə yaxındır Ağdam klubunda əsas heyətdə oynaya bilmir. Amma bacarığı, keyfiyyəti haqqında xoş sözlər demək olar. Millimizin də qapıçısı olub. Bu gün neçə qolkiperimiz var ki, onların arasında seçim də edək? Sayları həddindən artıq azdır".







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı