10 avqust 2026. Bazar ertəsi

Sumqayıt Qəbələ'yə qalib gəldi, Qarabağ xal itirdi


Sumqayıt Qəbələ'yə qalib gəldi, Qarabağ xal itirdi

Azərbaycan Premyer Liqasında 23-cü turun oyunlarına start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında “Səbail” öz meydanında lider “Qarabağ”ı qəbul edib. Ağdam klubu bu oyundan xal itkisi ilə ayrılıb.

İlk oyun gününün digər matçı “Sumqayıt” doğma meydanda “Qəbələ” ilə üz-üzə gəlib. Bu oyunda da meydan sahibləri inamlı qələbə qazanıb.

Tura sabah keçiriləcək “Neftçi” – “Zirə” və “Keşlə” – “Sabah” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
23-cü tur

16 aprel

“Səbail” – “Qarabağ” 1:1
Qol: A.Yunanov, 38-pen – U.Matiç, 42.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov.
Bakı. “ASCO Arena”, 18:00.

“Sumqayıt” – “Qəbələ” 2:0

Qol: R.Sadıxov, 66. Ə.Qurbani, 75.

Hakimlər: Vüqar Həsənli, Cavanşir Yusifov, Nahid Əliyev, Kamranbəy Rəhimov.

“Sumqayıt Arena”, 20:15.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı