10 avqust 2026. Bazar ertəsi

Biz təslim olmamışıq - Elmar Baxşıyev


Biz təslim olmamışıq - Elmar Baxşıyev
"Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
 
Corner.az xəbər verir ki, o, 0:2 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
- Oyunun bizim üçün ağır keçəcəyini bilirdik. Oyuna itkilərlə çıxmışdıq. Həftə ərzində çalışdıq ki, bu boşluqları dolduraq. Ancaq oyun göstərdi ki, zədəli futbolçuların yerini doldura bilmədik. Rəqib layiqli qələbə qazandı.
 
- İki fərqli hissə gördük. İlk hissədə yaxşı oynayan "Qəbələ", ikinci hissədə isə arxada gözləyən "Qəbələ". Komanda avrokuboklara vəsiqə üçün lazım olan yeri tuta biləcək? Arada 8 xallıq fərq var. 
- Belə fərqləndirməzdim. Ümumi oyun planında çatışmazlıq var idi. Bəzən oyunu bir neçə futbolçunun üzərində qurursan, onlar da olmayanda artıq alınmır. Ruhdan düşməmişik. Gələcək oyunlarda daha yaxşı olub, yuxarı pillələrə qalxmağa çalışacağıq. Biz təslim olmamışıq.
 
- Asif Məmmədovun erkən əvəzlənməsi nə ilə bağlıdır?
- O, komandamızın liderlərindəndir. Həddindən artıq çox oyun keçirir. Həm hücumda, həm də müdafiədə komandaya kömək olur. Deməzdim ki, o çıxdı deyə uduzduq və ya nəsə. İtkilərimiz var. Zədəlilərimiz sağalandan sonra daha yaxşı olacağıq.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı