10 avqust 2026. Bazar ertəsi

Neftçi Zirə ilə oyuna itkiylə çıxacaq


Neftçi Zirə ilə oyuna itkiylə çıxacaq

"Neftçi” klubu bu gün “Zirə” ilə keçirəcəyi Azərbaycan Premyer Liqasının 23-cü tur matçı ərəfəsində futbolçu itkisi ilə üzləşib.

Corner.az xəbər verir ki, bu barədə klub televiziyasına “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı açıqlama verib.

O bildirib ki, sol cinah müdafiəçisi Tallison Diasın ötən gün məşqin sonunda arxa əzələsində dartılma müşahidə olunub.

Zöhrablının sözlərinə görə, hazırda onun vəziyyəti sabit olsa, meydana çıxma ehtimalı yoxdur: “Futbolçunun müalicəsi davam edir. Əvəzində zədələrini bərpa edən Əhməd Əhmədov və Fəhmin Muradbəylinin fiziki durumları ilə bağlı problem yoxdur və oyunda iştirak edə biləcəklər. Komandadan götürülmüş koronavirus testlərinin nəticəsi də mənfidir”.

Qeyd edək ki, bu gün keçiriləcək “Neftçi” – “Zirə” matçına saat 20:15-də start veriləcək.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı