18 mart 2026. Çərşənbə

Bu gün daha səbrli oynadıq - Samir Abbasov


Bu gün daha səbrli oynadıq - Samir Abbasov
"Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
 
Corner.az xəbər verir ki, o, 4:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Komandamı qələbə qazanması münasibətilə təbrik edirəm. 4:0 udursansa, deməli, emosiyalar müsbətdir. Yolumuza davam edirik. Öz azarkeşlərimiz mənə irad tutur ki, əvvəlki komandalarda daha çılğın idiniz. Ortaq yol tapmalıyam ki, həm sizi, həm də onları razı salım. "Zirə" doğrudan da yaxşı komandadır. Baş məşqçisi qısa müddətdə böyük işlər görüb. Bizi onlarla oyun ərəfəsində çox fikirləşməyə vadar etdi. Bu gün istənilən hesab ola bilərdi. Bu hesab "Zirə"nin gücünü göstərmir. Əsas odur ki, arxayınlaşmayaq. Oruc tutan futbolçular var. Hər şeyə fikir verməliyik.
 
“Zirə" ilə əvvəlki 3 oyunu götürsək, onlara qarşı elə də pis oynanamamışdıq. Sadəcə, qol epizodlarına girə bilməmişdik. Bu gün isə daha səbirli, ehtiyatlı oynadıq. Matçın açar hissəsi də bu oldu. Yeganə fərq səbrli oynamağımız oldu.
 
Mövsüm ərzində ən yaxşı oyunumuzu keçirdik. “Qəbələ" ilə oyunda da çox yaxşı təsir bağışlamışdıq. Sadəcə, orada tələsirdik. Məşqlərdə etdiyin meydanda alınanda bundan zövq alırsan. Bu gün futbolçularımız tam olaraq "Zirə"yə köklənmişdi. Meydanda sanki mexanizm işləyirdi".






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi