8 avqust 2026. Şənbə

Sabah'ın iki futbolçusu üçün əlamətdar oyun


Sabah'ın iki futbolçusu üçün əlamətdar oyun

Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində baş tutmuş “Keşlə” – “Sabah” oyunu qonaqların qapıçısı Nicat Mehbalıyev və hücumçusu Camal Cəfərov üçün əlamətdar olub.

Corner.az klubun saytına isitnadən xəbər verir ki, hər iki futbolçu Premyer Liqada ilk oyunlarını keçiriblər. Nicat oyuna start heyətində başlayıb. 20 yaşlı qolkiper Premyer Liqada ilk matçında qapısını toxunulmaz saxlayıb.

Camal isə qarşılaşmanın 84-cü dəqiqəsində meydana daxil olub. 19 yaşlı hücumçu Tiemoko Fofananı əvəzləyib.

Qeyd edək ki, “Keşlə” – “Sabah” matçı qolsuz bərabərliklə bitib.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı