6 may 2026. Çərşənbə

Sadıxovun qolu Avropada ilk 10-luq'a layiq görüldü


Sadıxovun qolu Avropada ilk 10-luq'a layiq görüldü

"Belə qolların olması bizi sevindirir. Bunlar çempionatımızın bəzəyidir. Bəzən qınaqlar olur ki, Premyer Liqada baxımlı qollar vurulmur".

Corner.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "ReSport" verilişində Azərbaycan Premyer Liqasının XXIII turunda "Qəbələ"ni 2:0 hesabı ilə məğlub etdikləri oyunda komandanın yarımmüdafiəçisi Rəhim Sadıxovun baxımlı qolu barədə danışarkən deyib.

40 yaxşı mütəxəssis həmin qolu Avropada ilk "10-luğ"a layiq gördüyünü bildirib: "Bu, ev tapşırığı idi. Xəyal Nəcəfov və ya Rəhim Sadıxov məsuliyyəti öz üzərinə götürməli idilər. Mükəmməl qol alındı. Ümumiyyətlə, Rəhimin belə potensialı var. Düşünürəm ki, qol Avropada ilk "10-luğ"a düşə bilər".

Abbasov "Sumqayıt"ın digər hücumçusu Əli Qurbaninin başla vurduğu qola da toxunub: "Hər oyundan öncə rəqibləri təhlil edirik. Əlidən bu cür qollar gözləyirik. Standart vəziyyətlər zamanı bunun üzərində çalışır. Bu cür qolların vurulması bizi sevindirir. Amma qollardan əlavə, komanda şəklində yaxşı oynadıq. Belə vəziyyətdə 2:0 hesabı ilə qalib gəlmək vacib idi. "Qəbələ"yə qarşı uğursuz statistikamız var idi. "Qara zolaq"dan çıxdıq"







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi