18 mart 2026. Çərşənbə

Hələ heçnə bitməyib - Sənan Qurbanov


Hələ heçnə bitməyib - Sənan Qurbanov

"Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Zirə”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Corner.az xəbər verir ki, o, 1:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyundan gözləntim çox idi. Amma əksini gördüm. Bərbad oynamağımız mənə təsir etdi. Hələ heç nə bitməyib. Rəqib meydanında qələbə qazana bilərik. Komanda 180 dərəcə dəyişməlidir. Bu qarşılaşma bizi düşünməyə vadar edir. Artıq çempionatda “Səbail”lə matça hazırlaşacağıq”.

Baş məşqçi rəqibin sayılmayan qolu barədə də danışıb: “Bunu mübahisə etmək olar. 1:2 hesabı ilə məğlub olmuşuq, səfərdə rəqibi bu hesabla üstələyə bilərik. Ən qısa zamanda komandaya müdaxilə etməliyəm. Yaxşı hücumçular var, qol vurmalıdırlar. Sabahdan işə növbəti matçın hazırlığına başlamalıyıq. Əlimizi aşağı salıb dayanmamalıyıq”.

Çempionatda da qalib gələ bilmədiklərini xatırladan Qurbanov oyunçular tərəfindən özünə qarşı hər hansı kampaniya olduğunu düşünmədiyini söyləyib: “Görünən odur ki, futbolçular çempionatdan sonra bərpa ola bilmədilər”.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi