23 iyun 2026. Çərşənbə axşamı

Qapıçının səhvi mənim səhvimdir - Elmar Baxşıyev


Qapıçının səhvi mənim səhvimdir - Elmar Baxşıyev

"Çətin oyun olacağını bilirdik. Rəqibin heyətində itkilər olsa da, "Qarabağ" "Qarabağ"dır. Bunu dərk edirdik. Komandanı çətin və ağır oyuna hazırlayırdıq".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Qarabağ"a 0:5 hesabı ilə uduzduqları Premyer Liqanın 24-cü tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, 60-cı dəqiqəyə kimi futbolçular verilən tapşırıqları yerinə yetirib: "Amma ardıcıl qollar buraxandan sonda komanda sındı və toparlana bilmədi. Kollektivimiz möhkəm və sağlamdır. Bu komanda toparlana bilər və biləcək".

Baxşıyev oyunçularda motivasiyanın olduğunu söyləyib: "Birinci yarıda rəqibdən çox epizodlar yaratdıq. Sadəcə, dəyərləndirə bilmədik. Futbolda belə şeylər olur. Adi epizodda qol buraxırsan və toparlanmaq çətin alınır".

Baş məşqçi qapıçı Anar Nəzirovun oyununa da toxunub: "Futbol səhvlər oyunudur. Mən də, Anar da səhv edir. Amma mən burada olduğum müddətdə sonadək Anara inanacağam. O, mənim 1 nömrəli qapıçımdır. Onun səhvi mənim səhvimdir. Həftə ərzində görürdük ki, komanda oyuna hazırdır. Qarşılaşmanın əvvəlində layiqli müqavimət göstərdik. Sadəcə, ardıcıl iki epizoddan sonra çətinlik çəkdik".(report)







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı