6 may 2026. Çərşənbə

Aftandil Hacıyevdən məğlubiyyət şərhi


Aftandil Hacıyevdən məğlubiyyət şərhi

"Oyun haqqında çox fikir bildirmək istəmirəm. Bu gün futbolçuların çıxışı qənaətbəxş idi. Nəticə ürəyimizcə olmasa da, ilk 10 - 15 dəqiqəni çıxmaq şərti ilə qalan vaxt meydanda dominantlıq edən tərəf biz idik". 

Corner.az-ın məlumatına görə, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev "Keşlə"yə 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın 24-cü tur matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, bu qədər qol epizodu yaxaladıqları oyunu xatırlamır: "Ələ düşən fürsətləri qola çevirə bilmədik. Əsasən də son dəqiqələrdəki epizodlar. Düşünürəm ki, bu günədək bu qədər qol epizodu olmayıb. Bu futbolçularla bura qədər birlikdə gəlmişik. Çətin günlərdə və vaxtlarda birlikdə olmuşuq. İndi də düşdüyümüz bu durumdan çıxmağa çalışacağıq. Bu psixologiya ilə matça çıxmaq oyunçular üçün çətindir. Bu gün meydanda yalnız qol çatışmırdı. Bu oyuna görə futbolçulara təşəkkür edir, rəqibə isə uğurlar arzulayıram".

Hacıyevin sözlərinə görə, bu gün meydanda olan hər futbolçu bacardığını ortaya qoymağa çalışdı: "Ruslan Hacıyev də bunlardan biridir. Oyunçular daha yaxşısını etmək istəyirdilər. Səhv etdik və qapımızda qol gördük. Hücum planında yaxşı şeylər oldu. Kənardan baxan hər kəs oyunumuzdan həzz ala bilərdi. Heyətdə hər dəfə dəyişiklik edirik. Xüsusən də ön xətdə olanları dəyişirik. Bu gün də dəyişiklik var idi. Ruslan Hacıyevə də şans verməyə çalışırıq".(report)







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi